Müqəddəs torpaqlarda 31 nəfər həyatını itirdi - Səbəb bilinmir

Müqəddəs torpaqlarda 31 nəfər həyatını itirdi  - Səbəb bilinmir backend

Həcc ziyarətini yerinə yetirmək üçün müqəddəs torpaqlara gedən 31 nəfərin həyatını itirdiyi bildirilib.


Qaziler.az Moderator.az-a istinadən bildirir ki, Səudiyyə Ərəbistanın rəsmi xəbər agentliyi SPA-nın xəbərinə görə, Pasport Baş İdarəsindən həcc ziyarətini yerinə yetirmək üçün ölkə xaricindən gələn 31 nəfərin həyatını itirdiyi açıqlanıb.

Xəbərdə, hacıların ölüm səbəblərinə dair məlumat verilməyib.

Pasport Baş İdarəsindən bu il həcc fariza-sını yerinə yetirmək üçün gələnlərdən təxminən 614 mininin hava yolu ilə, 8 minin quru yolundan və 487-nin isə dəniz yolundan istifadə etdiyi bildirilmişdi.

Səudiyyə Ərəbistanı rəsmi rəqəmlərinə görə, müqəddəs torpaqları keçən il təxminən 1,9 milyon insan ziyarət etmişdi.