Qətər ilə Pakistan arasında yeni dəniz yolu açılıb

Qətər ilə Pakistan arasında yeni dəniz yolu açılıb backend

Qətər ilə Pakistan arasında ticarət məhsullarının daşınması üçün yeni dəniz yolu açılıb.


AZƏRTAC CNN-ə istinadla xəbər verir ki, bu addım iki ölkə arasında ticarət əlaqələrinin inkişafına şərait yaradacaq.

Qətər Limanları İdarəsinin məlumatına görə, dəniz ticarət səfərlərinin başlanıldığı bir vaxtda bu addımın atılması müsbət haldır. Bu çərçivədə 1200 konteyner yüklü gəmi artıq Qətərə doğru yola çıxıb.