Dağıstanda antiterror əməliyyatı keçirilir

Dağıstanda antiterror əməliyyatı keçirilir backend

Dağıstanın Xunzax rayonunun kəndlərindən birində antiterror əməliyyatı rejimi tətbiq edilib.

Qaziler.az-ın APA-ya istinadla xəbərinə görə, bu barədə Dağıstan üzrə əməliyyat qərargahından bildirilib.

“Xunzax rayonunun Orota kəndində antiterror əməliyyat rejiminin tətbiq edilməsinə dair qərar qəbul olunub. Silahlılar və onların tərəfdarları axtarılır”, –deyə məlumatda bildirilir.