Pakistanın Belucistan əyalətinin Kvetta şəhərində baş verən partlayış nəticəsində 10 nəfər ölüb, 14 nəfər yaralanıb.
Qaziler.az-ın “Dawn” nəşrinə istinadən verdiyi xəbərə görə, hadisə yerində polis qüvvələri cəlb edilib. Yaralananlar xəstəxanaya çatdırılıb. Onlardan 6 nəfərin vəziyyəti kritikdir.Partlayışın səbəbi müəyyənləşdirilir. Şahidlər partlayışın polis maşınının yaxınlığında baş verdiyini bildiriblər.