Pentaqon ABŞ Konqresindən 2014-cü ildə Rusiyaya sifariş edilən RD-180 raket mühərriklərinin alınmasına izn verməsini istəyib.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı ABŞ Hərbi Hava Qüvvələri naziri Debora Li Ceyms yayıb.Onun sözlərinə görə, Müdafiə Nazirliyi Konqresin 2019-cu ilə qədər ordunun bu mühərriklərdən istifadəsinə qadağa qoyan qanunda düzəliş edilməsini istəyib.
Qeyd edək ki, bu tip mühərriklər Rusiyadan 2014-cü ildə sifariş edilməsinə baxmayaraq, hələ də ödəniş tam həyata keçirilməyib.