Tramp Kim Çeni hədələdi: Cəzasız qalmayacaq

Tramp Kim Çeni hədələdi: Cəzasız qalmayacaq backend

Şimali Koreya Prezidenti Kim Çen İn Quam adasını vurmaqla bağlı növbəti dəfə aşkar şəkildə bizi hədələsə, peşman olacaq.


Qaziler.az Axar.az-a istinadən bildirir xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.

“İnanın mənə, bu adamın etdikləri cəzasız qalmayacaq. Açıq şəkildə təhdid edərsə, Quam və ya bir müttəfiqinə qarşı addım atarsa, buna çox peşman olacaq”.

Tramp Almaniya kansleri Angela Merkelin Şimali Koreya probleminin hərbi yolla həll olunmayacağını deməsinə də münasibət bildirib:

“O, bəlkə də bunları Almaniyaya görə deyir. Merkel mənim dostumdur, çox yaxşı qadındır, İvanka ilə də münasibətləri yaxşıdır, lakin o qətiyyən bunu deyəndə ABŞ-ı düşünmür, Almaniyanı nəzərədə tutur”.