70 il əvvəl bu gün dünyanın ən məşhur diktatorlarından olan Adolf Hitler intihar edib.
Modern.az xatırladır ki, 1945-ci il aprelin 30-da sovet qoşunlarının Berlinin mərkəzinə daxil olacağını anlayan Hitler həyat yoldaşı Yeva Braunla birlikdə özünə qəsd edib. Aprelin 30-da səhəri yemək yedikdən sonra gizləndiyi bunkerin bütün işçiləri və tabelyiindəki hərbçilərlə vidalaşan diktator 40 saat əvvəl evləndiyi Yeva Braunla birlikdə öz otaqlarına çəkilirlər.Vidalaşma zamanı tibb bacılarından biri fürerə odlu nitq söyləməsini və yaxında əldə olunacaq qələbə barədə vəd verməsini istəyəndə, Hitler tutqun səslə: “Məğlubiyyəti də kişi kimi qəbul etmək lazımdır”, - deyə ona cavab verir.
Öncə öz sevimli iti “Bloni”ni tapançadan atəş açmaqla öldürən Hitler daha sonra zəhərli sionid kapsulunu ağzına atıb və paralel olaraq tapançadan gicgahına atəş açaraq özünü öldürüb.
Yeva Braun da anaoloji yolla həyatdan gedib. Bundan sonra otağa daxil olan hərçbilər Adolf Hitler və Yeva Braunun cəsədlərini bunkerin yaxınlığında yandırıblar. Berlin mayın 2-də sovet ordusu tərəfindən zəbt olunduqdan sonra isə onların cəsədləri sovet əsgərləri tərəfindən aşkar olunub. 70-ci illərdə Adolf Hitlerin cəsədi “KQB” tərəfindən yandırılsa da, onun baş sümüynünün bir hissəsi Moskva muzeylərindən birinə saxlanılmağa verilib.
56 yaşlı Hitlerin initharından 8 gün sonra Almaniya müttəfiqlər qarşısında kapitulyasiya edir və Avropada İkinci Dünya Müharibəsi başa çatır.