Bu gün Yerevanda erməni müxalifətçi Jirayr Sefilyan və digər siyasi məhbusların məhkəmə iclası keçirilib. İclasın təxirə salınmasından sonra siyasi məhbusları dəstəkləyən şəxslər hökümət orqanlarının qarşısında etiraz aksiyası keçiriblər.
Erməni KİV-ləri xəbər verir ki, aksiya zamanı hakim Sarkisyan rejiminin əleyhinə fikirlər səsləndirilib.Aksiyaçılar Ermənistanı Sarkisyanın cinayətkar dəstəsindən azad etmək üçün xalqı silahlanmağa çağırıblar.