Tramp: “İranın davranışı sazişə ziddir”

Tramp: “İranın davranışı sazişə ziddir” backend

İranın davranışı nüvə razılaşmasına ziddir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp deyib.


“İran nüvə sazişinin ruhuna uyğun davranış nümayiş etdirmir”, - deyə Tramp qeyd edib.

Qeyd edək ki, İran və “altılıq” ölkələri arasında Tehranın nüvə proqramı ilə bağlı problemin nizamlanması barədə tarixi saziş 2015-ci ilin iyulun 14-də imzalanıb.

BMT TŞ, ABŞ və Aİ-nin İran üzərindən sanksiyaların götürülməsini nəzərdə tutan birgə hərtərəfli tədbirlər planı 2016-cı ilin yanvarın 16-da qüvvəyə minib.