Norveç qlobal istiləşmənin təsiri nəticəsində buzlaqlardan azad olan Barens dənizinin akvatoriyasında yeni neft quyularının qazılmasına başlandığını elan edib.
Qaziler.az -ın AZERTAC-a istinadən məlumatına görə, Norveç hökuməti bu addımı izah edərək bildirir ki, buzlaqların əsas hissəsi şimala hərəkət etdiyi üçün resurs hasilatına yeni ərazidə başlamaq daha məqsədəuyğundur.Yeni ərazilərdən istifadənin mümkünlüyünü rəqəmlər də təsdiq edir. Məsələn, bu yaxınlarda aparılan tədqiqatın nəticələrinə görə, 1975-2012-ci illər arasında Barens dənizində buzun qalınlığı 65 faiz azalıb.
Bununla əlaqədar, Norveçin bütün əsas siyasi partiyaları razılığa gəliblər ki, Arktikanın həssas təbiətinin mühafizəsi məqsədi ilə yeni quyuların qazılması yerləri tənzimlənsin.
Ekoloqlar isə Norveç hökumətini “çirkin oyunda” ittiham edərək bildirirlər ki, “elm siyasəti razı salmaq üçün məlumatlar ilə manipulyasiya edir”.