Respublikaçı senator Con Makkeyn ABŞ Prezidenti Donald Trampın Şimali Koreyanın təxribatlarına atəş və qəzəblə cavab vermək fikri ilə razılaşmadığını bildirib.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Röyter” informasiya verib. Makkeyn Donald Trampın fikirlərinin onun üçün aydın olmadığını bildirib.
“Əgər sən nəsə etmək niyyətindəsənsə, onda buna qadir olmalısan. Mən sözügedən məsələyə, çağırışa bu cür yanaşılmalı olduğunu düşünmürəm. Trampın nə dediyini anlamıram. Çoxdandır onun dediklərinə şərh verməyə cəhd etmirəm. Bu ənənəvi Trampdır. Həmişəki kimi hər şeyi şişirdir”, - Makkeyn deyib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Şimali Koreyanın hər hansı təxribatı zamanı ABŞ-ın daha sərt addımlar atacağını bildirmişdi.