Qar 7 min evi işıqsız qoyub

Qar 7 min evi işıqsız qoyub backend

Finlandiyanın şərqində yerləşən Kaynuu, Şimali Kareliya və Şimali Savo bölgələrinə güclü qar yağıb.

AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, qalınlığı 15-25 santimetrə çatan qar və güclü külək səbəbi ilə təxminən 7 min evin elektrik enerjisi kəsilib. Hazırda təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində işlər gedir.

Qarlı hava şəraiti, həmçinin yollarda avtomobillərin hərəkətini çətinləşdirib.

Sinoptiklər yaxın zamanlarda qar fırtınasının isti hava ilə əvəzlənəcəyini bildirirlər.


Diaspora