Rusiyanın 5 regionunun 104 yaşayış məntəqəsində 37 mindən çox insan hələ də elektrik enerjisiz qalıb. QAZİLƏR.AZ saytının RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, buna səbəb əsən güclü külək, çovğun olub.
Güclü çovğun və külək nəticəsində elektrik xətləri sıradan çıxıb.Hazırda qəza-bərpa işlərinə 1,3 min nəfər və 308 ədəd texnika cəlb edilib.