ABŞ Müdafiə Nazirliyi (Pentaqon) hərb tarixində yeniliyə imza atıb.
Axar.az xəbər verir ki, yaxın vaxtlarda ABŞ ordusu özünü hədəfə istiqamətləndirərək hava və digər təsirlərdən yayınan güllələrlə təchiz olunacaq.ABŞ mətbuatında yer alan məlumata görə, Pentaqona bağlı müdafiə sahəsində araşdırmalar aparan DARPA agentliyi (Defense Advanced Research Projects Agency) 50 kalibrli gülləni uğurla sınaqdan keçirib. Xəbərdə bildirilir ki, optik yol göstərici sistem ilə açılan güllə külək və hədəfin hərəkət etməsindən təsirlənmədən istənilən obyekti məhvetmə qabiliyyətinə malikdir.
Döyüş və qarşıdurma bölgələrində snayperlər üçün hazırlanan güllə DARPA-nın “exacto” adlı proqramı sayəsində inkişaf etdirilib.