Ukrayna Prezidenti Pyotr Poroşenko MDB Dövlət başçılarının qeyri-rəsmi iclasında, həmçinin Qələbənin 70-ci ildönümü münasibətilə Moskvada təşkil olunacaq tədbirlərdə iştirak etməyəcək.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin Mətbuat katibi Dmitri Peskov söyləyib.Onun sözlərinə görə, Poroşenkonun gəlişi gözlənilmir:
“Daha dəqiq desəm, Poroşenko olmayacaq. Əslində, biz bunu MDB Dövlət başçılarının qeyri-rəsmi görüşü adlandırırıq. Bu görüş həqiqətən olacaq. Lakin orada hər kəs olmayacaq, çünki hamının qrafikinə uyğun deyil”.