Hadisə İranın paytaxtı Tehranın cənub hissəsində yerləşən Hava Qüvvələrinə aid Kehrizek atış sahəsində qeydə alınıb.
Qaziler.az Publika.az-a istinadən xəbər verir ki, ölkənin Mehr xəbər agentliyinin yaydığı məlumata görə, əsgərlərdən birinin ətrafa atəş açması nəticəsində biri mayor olmaqla, ordunun 4 əsgəri ölüb, 8-i isə yaralanıb.Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır. İlkin ehtimallara görə, əsgərin sinir sisteminin yerində olmaması və ya silahın nəzarətdən çıxmış ola biləcəyi irəli sürülüb.