Cənubi Koreya və ABŞ Koreya yarımadasının nüvə problemində yalnız Şimali Koreyanın günahkar olmadığını qəbul etməsələr, problemin həlli çox çətin olacaq.
Axar.az xəbər verir ki, bu barədə Çinin “Qlobal Tayms” nəşri informasiya yayıb.
“Qərb çox zaman dünyanın digər bölgələri üzərindəki üstünlüyündən istifadə edir, ancaq onlar insafla düşünməlidirlər. Əgər onlar nüvə problemində günahkar olaraq ABŞ və Cənubi Koreyanı yox yalnız Şimali Koreyanı görürlərsə, o zaman belə düşüncə tərzi ilə münaqişəni həll etmək mümkün olmayacaq”, - məlumatda deyilir.