Gürcüstanda ana və uşağı öldürən erməni yaxalandı

Gürcüstanda ana və uşağı öldürən erməni yaxalandı backend

Gürcüstan polisi avtomobillə qəza törətməklə ana və uşağın ölümünə səbəb olan Ermənistan vətəndaşını saxlayıb.

Qaziler.az xəbər verir ki, avqustun 5-də 1995-ci il təvəllüdlü oğlan Surami rayonunda, Tbilisi-Senaki-Leselidze yolunda "Nissan Tiida" markalı minik avtomobili ilə 38 yaşlı ananı və onun 5 yaşlı uşağını vurub.

Ana və uşaq hadisə yerində ölüb. Ermənistan vətəndaşına qarşı iki və daha çox insanın ölümünə yol açan yol-nəqliyyat hərəkəti və istismarı qaydalarının pozulması maddəsi ilə cinayət işi açılıb. Əgər sürücünün günahı təsdiqini taparsa, onu 6 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.