İtaliyada sərnişin qatarı relsdən çıxdı

İtaliyada sərnişin qatarı relsdən çıxdı backend

italiyada torpaq sürüşməsi nəticəsində sərnişin qatarı relsdən çıxıb.

Qaziler.az-ın APA-ya istinadən verdiyi məlumata görə, şənbə günü leysan və dolu ilə müşahidə olunan fırtına İtaliyanın şimal-şərqində Trentino-Alto-Adice əyalətində torpaq sürüşməsinə yol açıb.

Torpaq sürüşməsi bu gün 80 sərnişinin olduğu qatarın relsdən çıxmasına səbəb olub. Qatarın relsdən çıxması nəticəsində xəsarət alan olmayıb.