Belçika hökumətində bərabərlikdən məsul dövlət naziri Zuhal Demir Türkiyə vətəndaşlığından çıxmaq istəyir.
"Haberturk"-un məlumatına görə, bu barədə Zuhal Demir açıqlamasında bildirib.Nazir deyib: "Türkiyə mənim üçün ən yaxşı tətil ölkəsi olaraq qalacaq, lakin, Türkiyə vətəndaşlığı mənim üçün artıq uyğun deyil".
Qeyd edək ki, 1980-ci ildə Belçika doğulan Zuhal Demir vəkil diplomuna sahibdir və irqçi "Flaman" partiyasının üzvüdür. 24 fevral 2017-ci il tarixindən bəri Belçika hökumətində bərabərlikdən məsul dövlət naziri olaraq vəzifə yerinə yetirir.