Koalisiya yenə Rəqqanı bombaladı: 43 ölü

Koalisiya yenə Rəqqanı bombaladı: 43 ölü backend

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın Suriyanın Rəqqa şəhərinə endirdiyi aviazərbələr nəticəsində 43 dinc sakin ölüb.


APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Suriya rəsmi qurumların məlumatına əsasən, beynəlxalq koalisiya avqustun 3-də Rəqqa şəhərinə 44 aviazərbə endirib. Nəticədə şəhərin üç rayonunda yaşayış binaları uçub, dinc sakinlər arasında xeyli sayda ölən və yaralananlar var.