Türkiyə XİN: “Dağlıq Qarabağda keçiriləcək “seçki“ləri tanımırıq”

Türkiyə XİN: “Dağlıq Qarabağda keçiriləcək “seçki“ləri tanımırıq” backend

“Bu seçki münaqişənin sülh yolu ilə uzunmüddətli həlli istiqamətində aparılan işlərə ziyan vuracaq bir təşəbbüsdür”

Türkiyə Xarici İşlər Nazirliyi mayın 3-də işğal olunmuş Azərbaycan ərazisi – Dağlıq Qarabağda separatçı rejimin keçirəcəyi “parlament seçkiləri” ilə bağlı bəyanatla çıxış edib. APA-nın xəbərinə görə, bəyanatda deyilir:

“İyirmi ildən çoxdur Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ bölgəsində 3 may 2015-ci il tarixində parlament seçkiləri keçiriləcəyi məlum olub. Beynəlxalq hüquq normalarının, BMT Təhlükəsizlik Şurası qərarlarının və ATƏT prinsiplərinin açıq şəkildə pozulması demək olan bu seçkilərin Dağlıq Qarabağ ixtilafının sülh yolu ilə uzunmüddətli həlli istiqamətində aparılan işlərə ziyan vuracaq bir təşəbbüs olduğu ortadadır. Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün yenidən pozulması mənasına gələn bu addımı pisləyir, qeyri-legitim hesab etdiyimiz bu seçkiləri tanımırıq. Minsk Qrupunun üzvü olaraq Türkiyə Dağlıq Qarabağ münaqişəsinə ədalətli və uzunmüddətli çözüm tapılması yönündə səyləri dəstəkləməyə davam edəcək”.
Diaspora