Davudoğlu: “O, Xomeyni kimi qayıtmaq istəyirdi…”

Davudoğlu: “O, Xomeyni kimi qayıtmaq istəyirdi…” backend

Türkiyə Baş naziri Əhməd Davudoğlu 2013-cü ilin sentyabrında ABŞ-ın Pensilvaniya ştatında Gülən camaatının lideri Fətullah Gülənlə görüşünün pərdəarxası detallarını ictimaiyyətə açıqlayıb.

Axar.az xəbər verir ki, Davudoğlu Gülənlə həmin dövrdə prezident olan Abdullah Gül və Baş nazir Rəcəb Tayyib Ərdoğanın razılığı ilə görüşdüyünü bildirib. O, Fətullah Gülənə bu görüşdə sonuncu şans verdiklərini deyib:

“Əlimizdə kəşfiyyat məlumatları vardı və onların nəyi hədəflədiklərini bilirdik. Biz sonuncu həmləni etdik. Ortada başqa kəşfiyyat orqanlarının və xarici ölkələrin təsirinə düşmə məsələsi vardı. Onun üçün Fətullah Güləni Türkiyəyə dəvət etdik. Gülən isə “indi vaxtı deyil” cavabını verdi. Bu gün anlayıram ki, “indi yox” deməklə 17-25 dekabr qiyamını gözləyirmiş. Fətullah Gülən çevriliş edib, Xomeyninin İrana qayıtdığı kimi qayıtmaq istəyirdi”.
Diaspora