Türkiyə və Qətər - bu dəfə təlim dənizdə olacaq

Türkiyə və Qətər - bu dəfə təlim dənizdə olacaq backend

Türkiyə və Qətər birgə hərbi-dəniz təlimləri keçirəcəklər.


Qaziler.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Qətər Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, birgə hərbi-dəniz təlimləri avqustun 6-7-də Qətərin ərazi sularında keçiriləcək.

Qeyd edək ki, artıq 214 hərbi heyətlə "TCG Gökova" Türkiyə gəmisi Qətərin Hamad limanına çatıb.

Xatırladaq ki, iki ölkə birgə təlimlərə avqustun 2-də başlayıb. Təlimlər Rarik bin Ziyad hərbi bazasında keçirilir.