MDB XİN rəhbərləri Oşda toplaşacaqlar

MDB XİN rəhbərləri Oşda toplaşacaqlar backend

QAZİLƏR.AZ xəbər verir ki, MDB XİN rəhbərləri aprelin 3-də Oşda (Qırğızıstan) keçiriləcək Birlik ölkələri Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasında 20-yə yaxın məsələni müzakirə edəcəklər.

Gözlənilir ki, xarici siyasət idarələrinin rəhbərləri 2014-cü il üzrə XİN-lərarası məsləhətləşmələr planının yerinə yetirilməsini müzakirə edəcək, xarici sərhədlərdə təhlükəsizliyin möhkəmləndirilməsi üzrə əməkdaşlıq proqramını, mədəniyyət sahəsində əməkdaşlığın əsas tədbirlərini nəzərdən keçirəcəklər. Bu barədə Trend-ə çərşənbə axşamı MDB İcraiyyə Komitəsindən bildiriblər.
Həmçinin, fövqəladə vəziyyətlərin aradan qaldırılması və xəbərdarlıq sahəsində əməkdaşlıq, ümumi təhsil təşkilatlarının pedaqoji işçilərinin ixtisasının artırılması, MDB-nin iştirakçıları olan dövlətlərin ərazilərində istintaq-operativ qrupların yaradılması və birgə fəaliyyəti, Penitensiar Xidmət Rəhbərləri Şurasının yaradılması haqqında razılaşmalara və digər sənədlərə qabaqcadan baxmaq lazımdır.

XİNŞ rəhbərlərinin gündəliyi fevralın 5-də Minskdə keçiriləcək MDB dövlətlərinin Daimi Səlahiyyətli Nümayəndələri Şurasında və Birliyin digər orqanlarında müzakirə olunacaq.
İclas iştirakçıları MDB XİNŞ-nin növbəti iclasının gündəliyinin layihəsini müzakirə edəcəklər. Layihəyə 18 məsələ daxil edilib.

Daimi Səlahiyyətli Nümayəndələr Şurasının üzvlərinə mayın 29-da Astanada keçiriləcək MDB Hökumət Rəhbərləri Şurasının növbəti iclasının gündəliyinin layihəsi təqdim olunacaq.
Diaspora