Tramp sanksiyaların günahını Konqresin üstünə atdı

Tramp sanksiyaların günahını Konqresin üstünə atdı backend

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə münasibətlərin pisləşməsində Konqresi günahlandırıb.

Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, ABŞ Prezidenti bu barədə rəsmi Tvitter hesabında yazıb.

“ABŞ-Rusiya münasibətləri bütün zamanların ən təhlükəli dərəcədə aşağı həddinə çatıb. Buna görə Konqresə təşəkkür edin. Bunlar həmin insanlardılar ki, hələ də bizə sağlamlıq haqqında qanun hazırlayıb verə bilmirlər”, - Tramp bildirib.

Qeyd edək ki, bir qədər əvvəl ABŞ Prezidenti Donald Tramp Rusiyaya yeni sanksiyalar tətbiq edilməsini nəzərdə tutan qanun layihəsini imzalamışdı.