İranın müdafiə naziri dəyişdiriləcək

İranın müdafiə naziri dəyişdiriləcək backend

İranın müdafiə naziri, general Hüseyn Dehqan 12-ci hökumətdə yer almayacaq.


“Report” İran KİV-inə istinadən xəbər verir ki, o, bunu Müdafiə Nazirliyi üçün tikilmiş bir məscidin açılış mərasimində jurnalistlərə bildirib.

Hüseyn Dehqan tutduğu vəzifənin başqa birinə təhvil verəcəyini söyləyib: “12-ci hökumətdə müdafiə naziri vəzifəsinə bu nazirliyin strukturundan bir nəfər seçiləcək. 4 il boyu tutduğum vəzifəni ən yaxşı şəkildə yerinə yetirməyə çalışdım”.

O, yeni nazirlə bağlı məlumat verməyib.

Qeyd edək ki, avqustun 3-də İranda yenidən prezident seçilən Həsən Ruhaninin andiçmə mərasimi olacaq. Andiçmədən sonra İranın yeni, 12-ci hökuməti formalaşdırılacaq.