Ermənistanın Araqatsot vilayətində naməlum şəxs Şamiram kənd qəbiristanlığının ərazisində yas məclisi keçirilən salona soxularaq və mərasim iştirakçılarını güllələyib.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb.
Şamiram kəndində əsasən yezidi kürdlərin yaşadığı bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının nümayəndələri cəlb olunub. Şübhəli şəxs axtarışdadır.