Rusiya heç bir razılaşmaya əməl etmir – ABŞ generalı

Rusiya heç bir razılaşmaya əməl etmir – ABŞ generalı backend

Rusiya Dnestryanı və Gürcüstanla bağlı əldə olunan razılaşmalara əməl etmir.


Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna mətbuatına açıqlamasında ABŞ-ın Avropadakı qoşunlarının rəhbəri Ben Xoces söyləyib.

“Biz görürük ki, ruslar ATƏT-in xüsusi monitorinq missiyasına çalışmağa izn vermirlər. Biz bilmirik ki, onlar Donbas sərhədinə nə qədər silah gətirib. Ruslar həmçinin Putin-Sarkozi razılaşmasına əsasən qoşunlarını Gürcüstandan çıxarmalı idilər. Abxaziya və Cənubi Osetiyada hələ də 10000-dən çox rus hərbçisi var. Son 400 ildə Rusiya imzaladığı heç bir razılaşmanı könüllü şəkildə icra etməyib”, – general bildirib.