Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Qətərə qarşı tətbiq etdikləri sanksiyalardan addım-addım geri çəkilir.
Qaziler.az Publika.az-a istinadən xəbər verir ki, koalisiya ölkələri Qətər təyyarələri üçün təcili vəziyyətlərdə istifadə olunan 9 hava koridorunu istifadə etməyə icazə verib.
Rəsmi Qətər hələ ki, iddianı təsdiq etməyib.
Qətərin Vətəndaş Hava yolları xidmətinin rəsmi Tvitter hesabından verilən açıqlamada Qətər təyyarələri üçün koridorların açılması iddiasının gerçək olmadığı bildirilib: “Bu ölkələr beynəlxalq təşkilatın tətbiqlərində olduğu kimi hava yolları ilə bağlı hər hansı bir elan verməyib”.