“Rusiya Ukrayna ilə müharibə etməyəcək”

“Rusiya Ukrayna ilə müharibə etməyəcək” backend

Rusiya Federasiyasının müdafiə naziri müavini Anatoli Antonov Rusiya və Ukrayna arasında davam edən gərginlikdən bəhs edib.

ATV.az Vesti.ru-ya istinadən bildirir ki, o, “Biz heç bir halda Ukraynayla müharibə şəraitində olmayacağıq. Ukrayna bizim düşmənimiz deyil. Hətta bunun güman edilməsi belə bizi çox narahat edir. Hesab edirəm ki, Kiyev də bizi təhrik etməyəcək”, - deyə müsahibəsində bildirib.

Anatoli Antonov həmçinin sülh yolunun daha önəmli olduğuna diqqət çəkib:

“Biz Ukraynanın cənub-şərqində davam edən gərginliyin ölkə rəsmiləri tərəfindən aradan qaldırılacağına inanırıq. İndi münaqişənin sülh yolu ilə həll edilməsi hər şeydən vacibdir”.
Diaspora