ABŞ İranı vura bilər - Konflikt

ABŞ İranı vura bilər - Konflikt backend

“ABŞ İranın saxladığı yük gəmisini azad etmək üçün hərbi yol da daxil olmaqla, bütün səlahiyyətlərə sahibdir”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə ABŞ Dövlət Departamentinin sözçüsü Marie Harf çıxış edib.

O, yük gəmisinin azad edilməsi üçün Marşal adalarının ABŞ-dan kömək istədiyini bildirib:
“Tərəfdaşlıq müqaviləsinə uyğun olaraq ABŞ-ın Marşal adalarının bayrağı altında üzən yük gəmisinin təhlükəsizliyini təmin etmək səlahiyyəti var”.

Qeyd edək ki, aprelin 28-də İran Marşal adalarının bayrağı altında üzən ABŞ yük gəmisini müsadirə edib. İRNA agentliyi gəminin sərbəst buraxıldığı barədə məlumat yaysa da, rəsmi açıqlamalarda bu fakt təsdiqlənmir.
Diaspora