ABŞ Senatı prezident Barak Obama dövründə tətbiq edilən “Obamakeyə”nin böyük hissəsini ləğv etməyi nəzərdə tutan səhiyyə qanunuvericiliyini qəbul etməyib.
Axar.az xəbər verir ki, səsverməyə qoyulan qanun layihəsinin 49 nəfər lehinə, 51 nəfər əleyhinə səs verib. Qanunvericiliyin ləğvinin əleyhinə səs verənlər arasında Respublikaçı senatorlar da olublar.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp hakimiyyətə gələrkən “Obamakeyə” qanununu ləğv edəcəyini açıqlamışdı. O bu qanunun Amerika səhiyyəsinə və əhalisinə ziyan verdiyini bildirmişdi.