İranda zəlzələ: 16 nəfər yaralandı

İranda zəlzələ: 16 nəfər yaralandı backend

Bu gün səhər İranın Həmədan əyalətinin Nəhavənd şəhərində 4,7 bal gücündə zəlzələ baş verib.


APA-nın məlumatına görə, yeraltı təkanların episentri Nəhavənd şəhərinin 4 kilometrliyində yerləşən Kuhani kəndinə təsadüf edib və 2 km dərinlikdə olub.

Zəlzələ nəticəsində evlərdə çatlar əmələ gəlib. İnsanlar qorxaraq küçələrə axışıb. Müxtəlif səbəblərdən 16 nəfər yaralanıb və onlar xəstəxanaya yerləşdirilib.

Nəhavənd şəhərində bütün təhlükəsizlik qüvvələri və xilasedicilər hazırlıq vəziyyətinə gətirilib.