Ermənilərin yük maşını Qarabağda minaya düşdü

Ermənilərin yük maşını Qarabağda minaya düşdü backend

Azərbaycanın işğal altında olan Xocavənd rayonunun Novruzlu yaşayış məntəqəsində ermənilərə məxsus ZİL-130 yük maşını tank əleyhinə minaya düşərək, partlayıb.

Modern.az saytı Ermənistan mediasına istinadən xəbər verir ki, partlayışın dünən saat 11:30 radələrində baş verdiyi bildirilir.

Hadisə nəticəsində xəsarət alanların olmadığı qeyd edilir. Maşının sürücüsü və iki sərnişin Xocavəndə çatdırılıblar.