ABŞ Rusiyanın yeni səfirinə etimadnamə verdi

ABŞ Rusiyanın yeni səfirinə etimadnamə verdi backend

Rusiya XİN rəhbərinin müavini Anatoli Antonov ABŞ hakimiyyəti tərəfindən etimadnamə alıb. APA-nın xəbərinə görə, bu barədə “İzvestiya”ya XİN-nin mərkəzi aparatındakı mənbə bildirib.

Məlumata görə, razılıq bir həftə əvvəl verilib. Hazırda A.Antonova ABŞ diplomatik vizasının verilməsi məsələsi həll edilməkdədir.

Anatoli Antonov XİN-dəki təyinatından əvvəl müdafiə nazirinin müavini vəzifəsində çalışıb.