Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Mixail Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edilməsi Kreml üçün maraqsızdır.
Virtualaz.org xəbər verir ki, jurnalistlərin bununla bağlı suallarını cavablandırarkən Peskov deyib: “Bu, Kremlin maraq predmeti deyil”.Xatırladaq ki, dünən Pyotr Poroşenko Mixail Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edilməsi barədə sənədə imza atıb.