Moskva çayında gəzinti qayığında yanğın baş verib.
Trend-in məlumatına görə, Fövqəladə Hallar Xidmətinin idarə rəhbəri bildirib ki, yanğın "Leqenda" adlı qayıqda baş verib. Yanğın qayığın 3 kvadrat metr hissəsini əhatə edib.Yanğın dərhal söndürülüb. Xəsarət alanlar barədə məlumat verilməyib.
Hadisə şahidlərinin sözlərinə görə, yanğın baş verən zaman qayıqda 25-30 nəfər adam olub.