İranın üç şəhərində İslamı tərk edərək xristianlığı qəbul edən onlarla insan yaxalanıb.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı İran İslam İnqilab Keşikçiləri Korpusu yayıb. SEPAH əməliyyyatın iyulun 25-də aparıldığını bildirib.
Əməliyyat Tehran, Rey və Pərdis şəhərlərini əhatə edib. Bu şəhərlərdə insanlar arasında xristianlığı yayan dini şəbəkə ifşa olunub. Həbs edilənlərin sayının nə qədər olduğu və harada saxlanıldığı haqqında indiyə qədər heç bir məlumat verilmir.
Qeyd edək ki, İran İslam Respublikası qanunlarına görə, İslamı tərk edərək başqa bir dinə, o cümlədən də xristianlığa keçənlər mürtəd sayıldıqlarına görə edama məhkum edilməlidir. Lakin beynəlxalq təşkilatların kəskin etirazını nəzərə alaraq rəsmi Tehran həmin şəxsləri açıq şəkildə edam edə bilmədiyinə görə, onları müxtəlif yollarla təzyiq göstərir, təqibə məruz qoyur.