Nursultan Nazarbayev hökumətin yeni tərkibini müəyyənləşdirib.
Qazaxıstan prezidenti Nursultan Nazarbayev hökumətin yeni tərkibini müəyyənləşdirib.ANS PRESS-in məlumatına görə, dövlət başçısı Kərim Məsimovu baş nazir vəzifəsində saxlayıb.
N.Nazarbayev bundan bir gün əvvəl prezident kimi rəsmi fəaliyyətə başlayıb. O, 74 yaşında aprelin 26-da keçirilən seçkilərdə 97, 75 faiz səs toplayaraq 5-ci müddətə prezident seçilib.
ATƏT müşahidəçiləri seçkinin demokratik standartlara cavab vermədiyini bildirsələr də, TÜRKPA, MDB və digər beynəlxalq təşkilatlar seçkinin ədalətli baş tutduğunu söyləyiblər.