İkinci miqrant böhranı: Bu ölkə Yaxın Şərqi təkrarlayır

İkinci miqrant böhranı: Bu ölkə Yaxın Şərqi təkrarlayır backend

Venesuela əhalisi ölkəni kütləvi şəkildə tərk edir.


Axar.az xəbər verir ki, bu barədə informasiyanı Almaniya mətbuatı yayıb. Mətbuat ölkə əhalisinin daha çox Kolumbiyaya, oradan isə başqa ölkələrə yollandığını bildirib:

“Sərhədlərdə qonşu ölkələrə keçmək üçün on minlərlə insan növbə gözləyir. Ölkədən qaçanların sayı gündəlik 25-30 min nəfərə çatır. İnsanlar düşünür ki, Kolumbiyada özlərini ən azından dərman və evlə təmin edə bilərlər, amma Venesuelada artıq bunlar mümkün deyil. Venesuela əhalisinin əksəriyyəti Ekvador, Peru və Çiliyə getməyi arzulayırlar. Bunlar olmadıqda isə Kolumbiyada qalmağa razılaşırlar”.