Hizbullah atəşkəs elan etdi

Hizbullah atəşkəs elan etdi backend

Ersal dağlıq rayonunda bütün istiqamətlərdə səhər saat 06:00-dan etibarən atəşkəs elan olunub.

Axar.az xəbər verir ki, bu barədə Hizbullahın mətbuat xidməti informasiya yayıb.

Livan-Suriya sərhədində yerləşən Ersal bölgəsi terrorçular tərəfindən silah qaçaqmalçılığı və Suriya ərazisinə üsyançıların transferi məqsədi ilə istifadə olunub. Hizbullah 6 gün ərzində 90 kvadrat kilometrlik dağlıq bölgəni Nüsra Cəbhəsindən azad etməyi bacarıb. Dağlıq Ersal rayonunun eyni zamanda qonşu Suriya ərazisindəki hissəsi də tamamilə azad olunub.

Xatırladaq ki, ötən həftənin cümə günü Hizbullah rəhbərliyi Nüsra Cəbhəsinə qarşı hərbi əməliyyatlara başladığını açıqlamışdı.