Bizə tətbiq olunan sanksiyalar AB-yə zərbə vuracaq - Rusiya

Bizə tətbiq olunan sanksiyalar AB-yə zərbə vuracaq - Rusiya backend

Avropa Birliyi ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ilə barışmalı olacaq. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Dumasının Beynəlxalq Münasibətlər Komitəsinin sədr müavini Dmitri Novikov söyləyib.


O, AB-nin ABŞ sanksiyalarına yalnız siyasi qiymət verməklə etiraz edəcəyini bildirib.

Novikov yeni sanksiyaların Avropada biznesə zərbə vuracağını söyləyib.

Qeyd edək ki, ABŞ Numayəndələr Palatası bundan öncə Rusiyaya qarşı yeni sanksiyaları təsdiq edib.