Tatarıstan rus ordusunu yanacaqla təmin edəcək

Tatarıstan rus ordusunu yanacaqla təmin edəcək backend

Tatarıstan Prezidenti Rüstəm Minnixanov Rusiya hökumətindən “Tatneft” şirkətini Müdafiə Nazirliyinin yeganə yanacaq tədarükçüsü etməyi xahiş edib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Kommersant” qəzeti özünün etibarlı mənbələrinə istinadən yayıb.

Qəzet “Tatneft”in bununla digər neft şirkətlərini bazardan çıxarmağı planlaşdırdığını bildirib.

Qeyd edək ki, hazırda Rusiya Müdafiə Nazirliyini “Rosneft”, “Lukoyl”, “Qazpromneft-aero”, “Aqro-TEK” və “Sovfraxt” şirkətləri yanacaqla təchiz edir.