Türkiyə Avropa Birliyi ilə imzaladığı Gömrük İttifaqını genişləndirmək üçün sərt hüquqi dövlət qaydalarına yenidən baxmalıdır.
Axar.az xəbər verir ki, bu sözləri Almaniyanın “Frankfurter Allgemeine Zaytunq” qəzetinə AB ilə Türkiyə arasında Gömrük Birliyi müqaviləsinin genişləndirilməsini şərh edən Avstriyanın Baş naziri Kristian Kern deyib.
O bildirib ki, Türkiyənin Avropa Birliyinə üzvlüyü isə qeyri- mümkündür.