QAZİLƏR.AZ xəbər verir ki, Fransada “Karlton” oteli işi üzrə məhkəmə prosesi başlayıb.
APA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, cinayət qruplaşmasının 14 üzvü, o cümlədən Beynəlxalq Valyuta Fondunun (BVF) sabiq rəhbəri Dominik Stross-Kanın sutenyorluqda ittiham olunur.D. Stross-Kanı 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir. BVF-in sabiq rəhbəri Fransa, Böyük Britaniya və ABŞ-da nüfuzlu müştərilərin seksual tələbatının ödənilməsinə xidmət edən beynəlxalq şəbəkənin yaradılmasında ittiham olunur. Şəbəkənin mərkəzi Fransanın Lill şəhərində olub.