Ukraynanın Dövlət Sərhəd Xidmətinin rəhbəri Viktor Nazarenko Belarus prezidenti Aleksandr Lukaşenkonun Kiyevə səfəri zamanı baş verən hadisədən sonra istefa verib.
Qaziler.az NTV-ə istinadən bildirir ki, o, səhhəti ilə bağlı işdən azad olunması bağlı ərizə yazıb.Bildirilir ki, Aleksandr Lukaşenkonun çıxışı zamanı Ukrayna sərhəd xidməti başçısı Viktor Nazarenkonun halı pisləşib. 61 yaşlı dövlət məmuru huşunu itirib. Qucaqda zaldan çıxarılan Nazarenkoya tibbi yardım göstərilib. Bu zaman Belarus prezidenti çıxışını müəyyən müddətə saxlamalı olub.