Tramp “Vaşinqton Post”u yalançı adlandırdı

Tramp “Vaşinqton Post”u yalançı adlandırdı backend

ABŞ Prezidenti Donald Tramp “Vaşinqton Post” qəzetini yalan informasiya yaymaqda ittiham edərək kəskin tənqid edib.

Axar.az xəbər verir ki, prezident bu barədə rəsmi Tvitter hesabında yazıb.

Donald Tramp “Vaşinqton Post”u MKİ-nin Suriya müxalifətini dəstəkləməklə bağlı proqramının sona çatdırılması mövzusunda yalan informasiya yaymaqda günahlandırıb.

Onun sözlərinə görə, qəzet Bəşər Əsədə qarşı mübarizə aparan suriyalı müxaliflərə kütləvi, təhlükəli və faydasız ödənişlərin dayandırıldığı barədə faktları toplayıb.

Xatırladaq ki, “Vaşinqton Post” Mərkəzi Kəşfiyyat İdarəsinin suriyalı müxaliflərə yardım etməsi barədə gizli proqramının sona çatdırılması ilə bağlı xəbəri iyul ayının 19-da nəşr etmişdi.