ABŞ niyə S-400-lərdən qorxur? - Ərdoğan

ABŞ niyə S-400-lərdən qorxur? - Ərdoğan backend

Rusiya ilə imzaları atdıq. İnşallah S-400-ləri ölkəmizdə görəcəyik. Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlamasında deyib.

“Biz öz ölkəmizin təhlükəsizliyini təmin etmək üçün bu addımı atdıq. Biz illərdir ABŞ ilə bu mövzuda razılığa gələ bilmirik, ona görə də axtarış etmək məcburiyyətində idik. İllərdir NATO ölkəsi olan Yunanıstan S-300-lərdən istifadə edir. Bizim S-400-lər almağımızdan niyə narahat olurlar?”, - Ərdoğan bildirib.