Vaşinqton Rusiyanın dəstəklədiyi üsyançılara qarşı Ukranyaya silah və tank göndərəcək.
Axar.az xəbər verir ki, bu sözləri Ukraniyanın Şərqinə səfər edən ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Kurt Volker BBC-yə açıqlamasında deyib.“Mən buraya hadisələrin detallarını öz gözlərimlə görmək üçün gəldim. Bunun çox qorxunc faciə olduğunu söyləyə bilərəm, çünki Ukraynanı inkişaf edən ölkə kimi bilirik. Məqsədimiz Ukranyanın ərazi bütövlüyünü və suverenliyini geri qaytarmaqdır”, – Kurt bildirib.
Qeyd edək ki, ABŞ-ın xüsusi nümayəndəsi bu ay ikinci dəfə Ukraynanı ziyarət edib.